Bu gün Topaz Premyer Liqasında 34-cü tura yekun vurulacaq. Eyni gündə baş tutacaq 3 oyundan sonra mövsümün qalibi də müəyyənləşə bilər.
Bu gün isə əvvəlcə meydana “Xəzər Lənkəran” və AZAL çıxacaq. Saat 18:00-da Lənkəran şəhər stadionunda başlayacaq qarşılaşmanın heç bir əhəmiyyəti yoxdur.
Lider “Qarabağ” isə “Bakcell Arena”da “Sumqayıt”ı sınağa çəkəcək. Bu matçda ağdamlılar çempionluğunu təmin edə bilər. Bunun üçün öncə Qurban Qurbanovun komandası “gənclik şəhəri”nin təmsilçisinə uduzmamalıdır. Amma birincilik üçün bu da kifayət etmir. Burdakı vəzifə yerinə yetirildikdən sonra “İnter”in Qəbələdə uduzması xəbərini gözləmək lazım gələcək.
Turun mərkəzi görüşündə isə 2-ci və 3-cü pillələlərdə qərarlaşan “İnter”lə “Qəbələ” qarşılaşacaq. Bu matç hər iki komanda üçün əhəmiyyətlidir. Qəbələ şəhər stadionunda baş tutacaq matçda meydan sahibləri bürünc medallara sahib olmaq üçün 3 xalı qazanmağa çalışacaq. “İnter” isə çempionluq şansını saxlamaq üçün səfərdə qalib dönməlidir.
Qeyd edək ki, hər iki qarşılaşma saat 20:00-da başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.