banner
banner

Gündəm

Vasif Talıbovla bağlı ağlasığmaz iddia - Aprelin 15-də...

Vasif Talıbovla bağlı ağlasığmaz iddia - Aprelin 15-də...

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun adı ətrafında yenidən ajiotaj yaranıb. Muxtar respublikanın sabiq rəhbərinin Novruz bayramını ailə üzvləri ilə birlikdə İstanbulda keçirməsindən sonra onun personasına maraq bir qədər artıb. 

Cia.az xəbər verir ki, 2022-ci ilin dekabrından sonra ilk dəfə Naxçıvanı tərk etməyə müvəffəq olan keçmiş “xan” bunu yaxın ətrafına qələbə kimi sırımağa çalışır. Qohumlarının və sayı günbəgün azalan tərəfdarlarının Talıbovun bu “qələbəsindən” ruhlandığı, hətta ağlasığmaz iddialarla çıxış etməyə başladıqları bildirilir. 

Muxtar respublikadakı mənbələrdən aldığımız məlumata görə, son günlər Vasif Talıbovun adı naxçıvanlıların dilindən düşmür. Talıbovun və yaxın çevrəsinin təbliğatına inanan xeyli adam onun mərkəzi hakimiyyətlə münasibətləri düzəltdiyini düşünür. Bu müzakirələr fonunda ortaya ağlasığmaz iddialar çıxıb.

Məlumatlara görə, hazırda talıbovçular Naxçıvan əhalisini ciddi-cəhdlə sabiq rəhbərin yenidən öz vəzifəsinin başına dönəcəyinə inandırmağa çalışırlar. Onlar bu günə kimi Naxçıvan Ali Məclisinə yeni sədrin seçilməməsini də bu amillə əlaqələndirirlər. 

Vasif Talıbovun yenidən vəzifəyə təyin olunacağını düşünən bu adamlar ağılasığmaz iddia ilə çıxış edirlər. Onların “xan”ın uzaq deyil, yaxın gələcəkdə Naxçıvana rəhbərlik edəcəyini bildirirlər. 

Talıbovçular konkret tarix göstərməkdən çəkinmirlər. İddia edirlər ki, aprelin 15-də, Ramazan tətili başa çatandan sonra Naxçıvanın idarəetməsi yenidən Vasif Talıbova həvalə olunacaq. 

yenisabah.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.