Bu il bütün dünyada rekord istilik olacaq. 2024-cü ilin yayı 2023-cü ildən daha isti olacaq.
Bu barədə “Meteo” proqnozlar mərkəzinin sinoptiki Aleksandr İlyin “Veçernyaya Moskva”ya müsahibəsində bildirib.
O qeyd edib ki, rekord istiliyin proqnozlaşdırılması elmi araşdırmalara əsaslanır.
Bundan əvvəl Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand 2024-cü il aprelin sonu – may ayının ortalarında başlayaraq kəskin istilərin müşahidə olunacağını bildirib. /Azxeber.com
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.