banner
banner

Gündəm

AFFA-nın yeni prezidentindən ilk açıqlama

AFFA-nın yeni prezidentindən ilk açıqlama

Hamının çiyin-çiyinə, əl-ələ verib Azərbaycan futbolunun inkişafı üçün işləməsi zəruridir. İlk olaraq hədəfləri müəyyənləşdirməliyik.

Cia.az Report-a istinadən xəbər verir ki, bunu AFFA-nın yeni prezidenti Rövşən Nəcəf qurumun növbəti konfransında deyib.

O, qarşıda duran hədəflərdən bəhs edib:

"Mənə göstərilən etimada görə təşəkkürümü bildirirəm. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan idmanı inkişaf edir. Bu baxımdan futbol da inkişafdadır. Hər an bilməliyik ki, doğru yoldayıqmı, hədəfə çata biləcəyikmi".

Funksioner uşaq futbolunun inkişafına xüsusi önəm veriləcəyini söyləyib:

"Bundan başqa, azarkeşlərlə də işləməliyik. Avropada gördüyümüz azarkeş marağını Azərbaycan çempionatının matçlarında da müşahidə etmək üçün çalışmalıyıq. Eyni zamanda teleyayımın keyfiyyətinin artırılması üçün müəyyən tədbirlər görməyi vacib bilirik".

Rövşən Nəcəf qadın futbolunda da uğurlu çıxışın davamı üçün hər cür dəstək nümayiş etdiriləcəyini sözlərinə əlavə edib:

"Bütün bunlar bir günün işi deyil. Necə ki, klub səviyyəsində uğurlar zamanla, zəhmətlə əldə edildi. Milli komandamız FİFA reytinqində layiqli yerdə deyil. Zamanla bunun da düzələcəyinə inanırıq".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda sənədsiz evlər söküləcək - Kompensasiya kimlərə veriləcək?

Bakıda sənədsiz tikilmiş evlərin sökülməsi məsələsi xüsusən son yağışlardan sonra cəmiyyət arasında ciddi müzakirələrə səbəb olur. Bir tərəfdən şəhərsalma qaydalarının pozulması və təhlükəsizlik məsələləri önə çəkilir, digər tərəfdən isə illərlə həmin evlərdə yaşayan insanların taleyi sual altına düşür.

Əli Əsədovdan AÇIQLAMA

“Xəzər dənizinin sürətlə dayazlaşması fonunda Azərbaycan Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsinə çağırır”.