Gürcüstanın müdafiə naziri Tina Xidaşeli NATO-un genişləndirilməsinə verdiyi dəstək üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna minnətdarlığını bildirib. T.Xidaşeli deyib ki, bu məsələdə NATO-un üzv ölkələri tərəfindən göstərilən təşəbbüs optimizmin əsasını yaradır. Mən Türkiyənin xarici işlər nazirinə böyük təşəkkürümü çatdırmaq istəyirəm. O, Strasburqda, Parlament Assambleyasında həmkarım idi, ona bu bəyanat üçün xüsusilə minnətdaram. NATO-un üzv ölkələri tərəfindən belə təşəbbüslər olduqca əhəmiyyətlidir, bizim tərəfdaşlarımızın addımları bizdə optimizm yaradır. Beləliklə, biz işləyirik, hələ vaxtımız var. İl yarımdan sonra baş tutacaq növbəti sammitə qədər hadisələrin inkişafının dinamikasını gözləyəcəyik. Antalya Sammitində belə başlanğıc, əlbəttə, bizim üçün əhəmiyyətlidir."
Onun sözlərinə görə, Mövlut Çavuşoqlu bildirib ki, inteqrasiya yolu tutan ölkələr NATO-ya üzv olacaqlar. Bu istiqamətdə hərəkət etmək lazımdır və qapıları açmaq lazımdır. Bu barədə NATO-nun baş katibi də danışır. NATO-ya üzvlük üçün mümkün qədər böyük səylə və iri addımlarla çalışmaq lazımdır. Əlbəttə, bu bəyanatın fonunda iyun ayında bizim ilk danışıqlarımız olacaq.
Xatırladaq ki, Mövlut Çavuşoğlu NATO-un növbəti sammitində Gürcüstanın, Makedoniyanın, Bosniyanın və Monteneqronun ittifaqa qəbul edilməsi əsas hədəf olacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.