Əməkdar artist Mətanət İsgəndərli üzündə əməliyyat etdirəcək.
Cia.az metbuat.az-a istinadla xəbər verir ki, bununla bağlı müğənni sosial şəbəkədə paylaşım edib. O, müayinə zamanı çəkilən görüntüləri iziləyiciləri ilə bölüşüb. Əksəriyyət onun həddindən artıq qocaldığını bildirib.
Xatırladaq ki, Mətanət İsgəndərli 2022-ci ildə mədəkiçiltmə əməliyyatı etdirib. Əməliyyatdan sonra sənətçi 50 kiloqramdan çox çəki itirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.