banner
banner

Təhsİl

Gəncədə şagirdlər arasında dava - Xəsarət alan var

Gəncədə şagirdlər arasında dava - Xəsarət alan var

Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Cia.az-a bildirilib ki, aprelin 16-da 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçası ilə xəsarət yetirib.

"Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır. Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər", - məlumatda qeyd olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İş axtaran müəllimlər üçün fürsət

Mayın 15-i saat 11:00-dan dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün bir çox məktəblərin 10-11-ci siniflərində normal tədris prosesi pozulub, sistematik dərslər keçirilmir. Bu siniflərin əksər şagirdləri repetitor yanına gedirlər. Az sayda şagird tapmaq olar ki, onlar repetitor yanına və ya kurslara getmirlər. Bunun da əsas səbəbi ailələrinin maddi durumunun çətin olmasıdır. Maraqlı tərəfi budur ki, dərs keçilməyən məktəblərdə də şagirdlərin dərsə gündəlik gəlməsi tələb olunur. Əks halda “qayıb” yazırlar, sonra da qayıbın “silinməsi ” asan başa gəlmir.

Müəllimlərə şad xəbər

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müvəqqəti qaydalar təsdiq olunub.