Metronun "28 May" stansiyasında I Avropa Oyunlarını əks etdirən plakatlar asılıb. QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, həmin plakatlar “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfindən yerləşdirilib. N. Paşayev qeyd edib ki, bu cür plakatlar metronun "Koroğlu", “Gənclik", "Nizami", "Elmlər Akademiyası", "20 Yanvar", “İçərişəhər” stansiyalarında da asılacaq. Qeyd edək ki, bundan öncə də Bakı metrosunda yeni məlumatlandırıcı tablolar vurulmuşdu. Bakıda keçiriləcək I Avropa Oyunları zamanı şəhərə gələcək turstlərin rahat hərəkət etmələri üçün vurulan məlumatlandırıcı tablolarda informasiyalar azərbaycan və ingilis dilindədir. Bundan başqa, stansiyaların içərisində də azərbaycan və ingilis dilində lazımı elanlar vurulur.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.