Türkiyənin Xarici İşlər Nazirliyi bu gün İsraillə İranı və onların tərəfdarlarını böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Məlumata görə, Türkiyə XİN-nin bəyanatında deyilir:
“İsrailin beynəlxalq hüquqa zidd olaraq İranın Dəməşqdəki səfirliyinə hücumu ilə başlayan gərginliyin son hadisələrdən sonra bitməyən qarşıdurmaya çevrilməsi riski var. Prosesləri yaxından izləyirik. Beynəlxalq ictimaiyyətin prioriteti Qəzzada qətliamın dayandırılması və Fələstin dövlətinin yaradılması ilə bölgəmizdə daimi sülhün təmin edilməsi olmalıdır”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.