banner
banner

İqtİsadİyyat

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ AÇIQLAMA

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ AÇIQLAMA

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib.

Cia.az xəbər verir ki, bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. 

Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,6 milyon manat və ya 20,7% azalaraq 103,6 milyon manata enib. Ümumilikdə bankın öhdəlikləri təxminən  127,6 milyon manata bərabər olub ki, bu  ilin əvvəlinə nisbətən 16,6 milyon manat və ya 11,5% azalma deməkdir. 

“Naxçıvan Bank”ın depozit portfeli ilk rübdə 15 milyon manat və ya 23,7% azalaraq 48,4 milyon  manata enib. Bu dövrdə bankın cəmi kapitalı isə  8,1% artaraq 66,97 milyon manata yüksəlib. 

“Naxçıvan Bank”ın maliyyə şöbəsindən Yenisabah.az-a verilən açıqlamaya görə, depozit və kredit portifelinin azalması bankın düşdüyü çətin vəziyyətlə bağlıdır:

“Bank bağlanmağa doğru gedir. Hazırda bank faktiki olaraq, satılır. Depozitlərin və kreditlər portfelinin azalması da elə bununla bağlıdır. Bununla bağlı rəsmi açıqlama yəqin ki, gələn ay veriləcək. Hazırda depozit və kredit portfelləri hamılıqla “Kapital Bank”a yönləndirilir”.

yenisabah.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.