banner
banner

Cəmİyyət

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

"Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İsmayıl Əvəzov rayonda birncidir, amma..."

Hurriyyet.az xəbər verir ki, bu barədə dia-az.info-ya göndərilən məqalədə deyilir.
 
Məqalədə daha sonra bildirilir: "Yəni ki, adı çəkilənin İdarəsində "ölü" canlardan tutmuş, yararsız maşınları təmir adı altında pul ayrılması, yararsız maşınlara yanacaq silinməsi, kənd sakinlərinin suvarmadan istifadəsinə əsassız pul tələbi, Tender elan edərək görülməyən işlər vardır.
Göygöl rayonunun Suvarma kanallarına təmir adı altında maliyyə ayrılaraq görülməyən işlər var ki, öz təsdiqini araşdırılsa ortaya çıxır.
 
Rayon sakinlərinin İsmayıl Əvəzovun hələ bu rayonda, bu sistemdə əvəzi olunmaması öz təstiqini tapmaqdadır.
 
2020 ci ilin sonlarına yaxın təyin olunan İsmayıl Əvəzov, rayonda özmaraqlarına uyğun işləyir. Digər məlumatlara görə sözü gedən lopa bığ kişi, levi xəttlər çəkilməsinə rayon ərazisində müəssisələrə imkan yaradaraq kobud qanun pozuntusu etmişdir.
Onun işlədiyi dövrdə 1 milyondan çox Tender elan edərək maliyyə əldə olunması, rəsmi olaraq əldə etmişik. tenderlərin hansı şirkətlə bağlanması, bağlanan şirkətin gördüyü işləri araşdırılmağa, Göygöl rayon Suvarma Sistemləri İdarəsinin maliyyə şöbəsinin yoxlanılmasına, Audit tələbinə ehtiyac olması mövcuddur.
 
İsmayıl Əvəzov 2020-ci ilin sentyabr ayından rəis təyin olunduğu Göygöl Suvarma Sistemləri İdarəsi 1 milyon manatdan çox tender müqaviləsi imzalayıb.
 
Maraqlıısı bundadır ki, tenderlərin hər biri eyni tərkiblidir.
 
Son 2021-ci ildən bu günə kimi imzalanmış tender müqaviləsinin siyahısını təqdim edir:
2023-cü ildə…
 
"GRAND MOTORS COMPANY" QSC - Lot 4 Avtomobil və Torpaqqazan mexanizimlərin ehtiyat hissələrinin satın alınması - Məbləğ: 37.895,06 AZN
 
Bildirək ki, nizamnamə kapitalı 2000 AZN olan QSC-nin qanuni təmsilçisi FƏRHAD NƏZƏROV NADİR OĞLUdur.
İXTİSASLAŞDIRILMIŞ ELEKTRİK AVADANLIQLARI TƏMİR QURAŞDIRMA- SAZLAMA İDARƏSİ ilə - “Lot-5 Xanarx kanalının beton üzlüyünün (PK 33+00-93+00 L=6.0 km) təmiri üzərindəki qurğularla birlikdə” (işin davamı) - Məbləğ: 108.080,95 AZN2022-ci ildə...

"ART-PROJE" MMC ilə - Lot_3 Subartezian quyularının və nasos stansiyaların cari təmiri üçün ehtiyat hissələrinin satınalınması - Məbləğ: 101.999,21 AZN
 
Bildirək ki, nizamnamə kapitalı 1370010 AZN olan MMC-nin qanuni təmsilçisi ƏKRAM ƏLİYEV MUSA OĞLU OĞLUdur.
2021-ci ildə...
SUMQAYIT MELİOSERVİS İDARƏSİ ilə - "Lot 4 - Kanal və arxlarda ekskavatorla və buldozerlə lildən təmizləmə işlərinin satınalması" - Məbləğ: 87.237,4 AZN
 
"DECADA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə - "Lot 2 - Nasos stansiyası və subartezian quyularının cari təmiri üçün mal-materialların satınalınması" - Məbləğ: 109.085 AZN
 
"DECADA GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə - "Lot 3 - Torpaqqazan mexanizmlər və avtomobil ehtiyat hissələrinin satınalınması" - Məbləğ: 75.016 AZN
 
GÖYGÖL SUVARMA SİSTEMLƏRİ İDARƏSİ 1 MİLYONUDAN
 
İşin gülünc tərəfi sözügedən MMC-nin nizamnamə kapitalə cəmi 2 AZN-dir. Qanuni təmsilçisi isə PƏRVANƏ XƏLİLOVA ADİL Qızıdır.
 
"GRAND MOTORS COMPANY" QSC ilə - "Lot 6 - SD-20 buldozerinin cari təmiri üçün işlərin satınalması" - Məbləğ: 16.517,64 AZN
 
GÖYGÖL SUVARMA SİSTEMLƏRİ İDARƏSİ - "EMV GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə - "Lot 8 - Xan arx kanalının əsaslı təmiri üçün mal-material və avadanlıqların satınalınması" - Məbləğ: 284.341,99 AZN
 
EMV GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə - "Lot 5 - Çaylarda çay mərcalarının təmizlənməsi üzrə buldozerlə götürüləcək işlərin satınalması" - Məbləğ: 34.838,91 AZN
 
"EMV GROUP" QSC-nin nizamnamə kapitalı 100000 AZN, qanuni təmsilçisi XALİD MƏMMƏDOV NƏRİMAN OĞLUdur.
"AZ TORQ" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə - "Lot 9 - 4 ədəd subartezian quyusunda yeni kalonun qazılması,elektrik təsərüfatının təmir və abadlıq işlərinin görülməsi işlərinin satınalınması" - Məbləğ: 117.886,72 AZN
 
Sözügedən tenderdə qalib olan MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi ELVİN ƏMİROV MİRSƏFTƏR Oğludur.Aidiyyəti qurumlardan Göygöl rayon Suvarma Sistemləri İdarəsinin Maliyyə şöbəsinin araşdırılması xahiş olunur. Əsas olaraq qeyd edək ki, bu qurumu Hesablama Palatası, Maliyyə Nazirli araşdırılmasını öz üzərinə götürərək Audit tərəfindən həqiqətlərin doğruluğunu isbat etməlidir".

 

 

 

 

 

 

 

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ... - İLGİNC FAKTLAR

Azərbaycanda medianın diqqət mərkəzində olan dövlət maliyyəli təşkilatlardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Ölkədə yol çəkilişlərinin, körpü və qurğuların tikintisinin mühüm hissəsini həyata keçirən bu qurumun fəaliyyəti bəzi iqtisadçı ekspertlərin fikirlərinə görə qeyri-şəffafdır. Belə ki, bu ekspertlərin iddialarına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi satınalmalar və ya birbaşa müqavilələr əsasında yerinə yetirdiyi sifarişlərin smetalarını real dəyərindən dəfələrlə artıq yazır.

“20 Yanvar”dakı binanı göstərib, “şərikəm” dedi, ev almaq adı ilə işçisinin 30 min manatını ələ keçirdi – ŞOK DƏLƏDUZLUQ FAKTI

Masallı rayonu, Füzuli küçəsi 60-da yaşayan Bilalov Üzeyir Abı oğlu “Hürriyyət”in redaksiyasına müraciət edib. Şikayətçi oğlu Bilalov Ədalət Üzeyir oğlunun dələduzluqla üzləşdiyini və özünün zərərçəkən olmasına rəğmən, qanunsuz olaraq 4 il müddətinə həbs olunduğunu bildirir.

 Naxçıvan “canişinliyi”nin məmurları Bakıya niyə qaçırlar... - İLGİNC GƏLİŞMƏ...

2022-ci ilin sonlarında Naxçıvan sakinləri 30 ildə ilk dəfə böyük bayram əhval ruhiyyəsi yaşadılar. Muxtar Respublikanı Azərbaycanın “Şimali Koreya”sına çevirən Vasif Talıbov istefa ərizəsi yazaraq öz işindən uzaqlaşmış, üzərindən az keçməmiş 22 dekabr 2022-ci il tarixində Fuad Nəcəfli adlı birisi Naxçıvan MR-da Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunmuşdu. Tərcümeyi-halında ODTÜ məzunu kimi təqdim olunan bu adamın Muxtar Respublikaya yeni rəhbər təyin edilməsi hər kəsi sevindirmişdi. Hər kəs düşünürdü ki, dünyagörmüş, Türkiyənin ən qabaqcıl universitetlərindən birindən məzun olan bu şəxsiyyət hər halda “XX əsr”i “xı-xı əsr” kimi oxumayacaq biridir; dolayısıyla Naxçıvana yeni idarəçilik qaydaları gətirəcək və tarixində ilk dəfə bu torpaqlarda qurd quzuyla otlayacaq.

Bank şəhid atasını məhkəməyə verdi: Kömək edin!

Ata-oğul birlikdə təsərrüfatı böyütmək üçün “Access Bank”dan 3 il müddət olmaqla 15 min manat kredit götürmüşdük və bunu da vaxtında ödəmişik. Elə aylar olub ki, vaxtından tez də ödənişlər olub. Amma oğlum şəhid olandan sonra bu pulu ödəməyə imkanıməz çatmadı, borclar yığıldı qaldı.