Türkiyə-Suriya sərhədində yaranmış gərginliklə bağlı Türkiyə hökuməti açıqlama verib. Baş nazir Əhməd Davudoğlu Suriya sərhədində helikopterin vurulduğunu bildirib. "Hadisə baş verəndə dərhal sonra Hava Qüvvələri komandanlığı ilə əlaqə saxladım. Hava dumanlı olduğu üçün əvvəlcə elə bilinib ki, təyyarədir. Lakin sonra məlum olub ki, vurulan helikopterdir. Suriya helikopteri 7 mil Türkiyə ərazisinə soxulub. Əvvəlcə xəbərdarlıq edilib, sonra qırıcılar onu vurublar. Kim olursa olsun, hansı məqsədlə olursa olsun Türkiyə sərhədlərini pozan istənilən helikopteri, təyyarəni vuracağıq", - deyə Davudoğlu bildirib.
Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələri Suriya təyyarəsini vurduğu bildirilirdi. Suriyadan Türkiyə ərazisinə keçən təyyarəni Adanadan təcili şəkildə hava qaldırılan F16 qırıcıları iki raket atəşi açıb.
Açılan atəşdən sonra böyük partlayış olub. Təyyarənin Türkiyə ərazisinə düşdüyü iddia edilir. Hadisə şahidlərinin sözlərinə görə, vurulan təyyarə ən az 3 hissəyə bölünüb. Onların sözlərinə görə, təyyarə iki dəfə Türkiyə sərhədlərini pozduqdan sonra Türkiyə qırıcıları atəş açdı.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.