banner
banner

Gündəm

Bakıdakı sabiq səfir danışdı

Bakıdakı sabiq səfir danışdı

ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin təsisçisi Riçard Morninqstar “Türk axını” layihəsi ilə bağlı açıqlama verib, Türkiyənin Azərbaycanla çox güclü əlaqələrinin olduğunu və qardaş ölkənin “Türk axını” ilə TANAP-ın mübarizə aparmasına icazə verməyəcəyini vurğulayıb.

O deyib ki, “Türk axını” layihəsinin Trans-Anadolu qaz boru kəməri – TANAP və “Şahdəniz-2” layihələrinə heç bir təsiri olmayacaq. “Türk axını” layihəsinin TANAP və “Şahdəniz-2” layihələrinə təsir edəcəyini düşünmürəm. Əgər Türkiyə “Türk axını” layihəsinin Azərbaycan qazının Avropaya nəql edilməsi şansını azaltmağa icazə versə, bu təəccüb doğurar. TANAP və “Şahdəniz-2” layihələrində bir çox Türkiyə şirkəti iştirak edir. Azərbaycanla Türkiyə arasında əlaqələrin nə dərəcədə güclü olduğunu da unutmaq olmaz.”

Diplomat Türkiyə mətbuatına bildirib ki, Türkiyə “Cənub” qaz dəhlizi və Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə əhəmiyyətli bir tranzit mərkəzi mövqeyindədir. “Türkiyə enerji qaynaqları baxımından çox mühüm bir bölgənin mərkəzində yer alıb. Enerji ilə əlaqədar bütün məsələlər Türkiyəni əhatə edir və bu ölkənin ətrafında inkişaf edir.

Sabiq səfir vurğulayıb ki, Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu imkanının sonradan 24 milyard kubmetrə və daha sonra 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. 1850 kilometr uzunluğunda “Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

Onun sözlərinə görə “Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur ki, layihədə ilk təbii qaz nəqlinin 2016-ci ilin sonlarında həyata keçirilməsi planlaşdırılır."

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.