banner
banner

Hərbİ

Müdafiə Nazirliyi o iddianı təkzib etdi- VİDEO

Müdafiə Nazirliyi o iddianı təkzib etdi-

Tacikistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan dövlətlərin hərbi qulluqçularının birgə təlimləri keçirilir.
"Lifenews.ru" xəbər portalında yerləşdirilən məlumatda bildirilir ki, hərbi təlimlərdə Rusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları iştirak edirlər.
Yayılan xəbərlə bağlı Azərbaycan Müdafiə Nazirliyinin ANS PRESS-ə eksklüziv açıqlamasında bildirilir ki, Tacikistan ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan dövlətlərin hərbi qulluqçularının birgə təlimlərində guya Azərbaycanın hərbi kontingentinin iştirak etməsi barədə Rusiyanın lifenews.ru elekton informasiya portalının yaydığı məlumat həqiqətə uyğun deyil.
Qeyd edək ki, lifenews.ru elekton informasiya portalının sahibi erməni Aram Qabrelyanovdur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.