banner
banner

Gündəm

Sərxoş halda “Ferrari” sürən azərbaycanlı saxlanıldı- Çexiyada

Sərxoş halda “Ferrari” sürən azərbaycanlı saxlanıldı-

O, pivə içə-içə maşın sürürmüş 

Çexiyada dərc olunan qəzetlər yazır ki, polis paytaxt Praqanın mərkəzindəki «Wenceslas» meydanında 22 yaşlı azərbaycanlının sərxoş vəziyyətdə idarə etdiyi  avtomobilini saxlayıb.

Çexiyada dərc olunan qəzetlər yazır ki, polis paytaxt Praqanın mərkəzindəki «Wenceslas» meydanında 22 yaşlı azərbaycanlının sərxoş vəziyyətdə idarə etdiyi «Ferrari» avtomobilini saxlayıb.

Bu da bildirilir ki, polis maşını saxlayanda sürcünün ayaqları arasında saxladığı pivə şüşəsini görüb. Başqa bir açıq pivə tənəkəsi də maşının stəkanlığında olub.

Polis deyir ki, avtomobil meydanın yalnız piyadalar üçün nəzərdə tutulmuş hissəsində saxlanıb.

Yoxlama zamanı sürücünün içkili olduğunu üzə çıxıb. Polis güman edir ki, gənc avtomobili pivə içə-içə idarə edirmiş.

Bələdiyyə polisi sürücünü dövlət polisi idarəsinə təhvil verib.

AzadlıqRadiosu 22 yaşlı sürücünün kimliyini dəqiqləşdirməyə çalışır.

«Ferrari»nin bu modeli 150-170 min dollar civarındadır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.