Mətanət əsəbiləşdi: “Tərbiyədən kənar insanlardır”
ATV-nin aparıcısı Mətanət Əliverdiyeva sosial şəbəkədə şəkillər paylaşan tanınmışlardan bəhs edib.
Axşam.az-ın məlumatına görə, aparıcı “Gündəlik” verilişində onların ünvanına sərt sözlər deyib: “Hər səhər saytlara baxır, xəbərlər oxuyuram. İnstaqramdan verirlər. Kimsə yataq otağında şəkil çəkir, qoyur: Biz oyandıq... Yemək yedim... Əcəb etdin, mənə nə sən yatdın, yoxsa oyandın? Özü də bunu məşhurlar edir. Səhəri gün bu haqda yazanda da, başlayırlar ki, neynədim ey? Gedib hamamda nəsə edəndə də paylaşacaqsan? Mən belələrini tərbiyədən kənar insanlar hesab edirəm. Bağa getdin, uşağınla gəzdin, dənizdə oldun – bunları çəkib paylaş. Başqa şeyləri göstərməyin yeri yoxdur”.
Qeyd edək ki, ötən gün aparıcı Zaur Baxşəliyev həyat yoldaşı ilə yataqda fotosunu paylaşaraq, “Biz oyandıq” sözlərini yazmışdı. Onun bu hərəkəti sosial şəbəkədə müzakirələrə səbəb olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.