“Spice Girls”ün keçmiş üzvü milyonçuya ərə getdi – fotolar
Məşhur “Spice Girls” qrupunun keçmiş üzvlərindən olan 42 yaşlı Cerri Holliuell “Formula 1”in rəhbərlərindən, 41 yaşlı milyonçu Kristian Hornerə ərə gedib. Cütlüyün toyunda Cerrinin 8 yaşlı qızı Bluebell də iştirak edib. Kilsədə baş tutan mərasimə qrupun keçmiş üzvləri Vikotriya Bekhem, Melinay Braun, Melanie Çişholm, eyni zamanda Kristianın valideynləri qatılmayıblar. Müğənnini yalnız Emma Banton tək qoymayıb. Bəyin valideynlərinin toya getməmələrinin səbəbi onun 14 illik sevgilisi Beverli Allendən ayrılıb Cerri ilə evlənməsidir. Hornerin ailəsi hələ ötən həftədən gecəyə qatılmayacaqlarını açıqlamışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.