banner
banner

Şou

“İçkimə nəsə qatmışdılar, sonra...“ - Roza Zərgərli

“İçkimə nəsə qatmışdılar, sonra...“ - Roza Zərgərli

"Üç il bundan əvvəl xaricdəki tədbirlərin birində içkimə nəsə qatmışdılar. Həmin gecədən səsim batdı. İki il yarım mən oxuya bilmədim. O tədbirdə milli janrın ifaçıları və televiziya işçiləri var idi".

Cia.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu "Tarixin bir günü" verilişində deyib. Sənətçi həmin şəxsin kim olduğunu bildiyini də vurğulayıb:

"Bu haqda ona görə danışmırdım ki, o şəxslər istəyinə nail olmadılar. Roza yenə də var. Həmin şəxsin kim olduğunu bilirəm. Onunla münasibətim də var. Milli janrda oxuyan ifaçıdır.

Mən də bilmirəm ki, niyə edib. Muğam janrının ifaçısı deyiləm. Onların dəvət aldığı toylara getmirəm. Ümumiyyətlə, o adamlarla rəfiqəliyim yoxdur. Danışdıqlarımla, hərəkətlərimlə gözlə çarpıram. Yaradan insanı qoruyur. Yaradan özü bilir ki, hansı bəndəsi nəyə çarədir. Siz belə etdikcə, sənətimlə daha da aqressiv şəkildə məşğul oluram və dayanmıram".

yenisabah.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.

"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".