banner
banner

İdman

Rafael Ağayev Ginnesin Rekordlar kitabına düşdü

Rafael Ağayev Ginnesin Rekordlar kitabına düşdü

Tanınmış karateçi Rafael Ağayev Ginnesin Rekordlar kitabına düşüb.

Cia.az Olay-a istinadən xəbər verir ki, karatenin “Qara brilliant”ı fərdi yarışlarda ən çox dünya çempionu olan idmançı kimi kitaba əlavə olunub.

Xatırladaq ki, 2006-2016-cı illərdə fərdi  karate (Kumite) üzrə  5 dəfə dünya çempionu olub.

Ağayev karate üzrə -70 kq-da iki (2006 və 2008), iki dəfə -75 (2010 və 2016) və bir açıq çempionluq (2008) qazanıb. O, həmçinin iki gümüş və iki bürünc olmaqla ümumilikdə doqquz dünya çempionatı medalı qazanıb.

75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə Rəfael Ağayev 2015 Avropa Oyunlarında ilk görüşü ukraynalı İlya Nikulinə 3:0 hesabı ilə qalib gəlib. İdmançı ikinci görüşdə türkiyəli Erman Eltemura 3:5 hesabı ilə məğlub olub. Qrupun son görüşündə latviyalı Ruslan Sadıqova 3:1 hesabı ilə qalib gələn Rəfael Ağayev yarımfinala yüksələ bilib. O, yarımfinalda Almaniya idmançısı Noah Bitchini 1:0 hesabı ilə məğlub edərək final görüşünü İtaliya idmançısı Luici Busa ilə keçirib. O, görüşün son saniyələrində fərqlənərək birinci Avropa Oyunlarının çempionu adını qazanıb, qızıl medala sahib olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.