Cia.az xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif İran prezidenti İbrahim Rəisi və İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın vəfatı ilə bağlı başsağlığı verib. Pakistan hökumətinin başçısı bu faciə ilə əlaqədar ölkəsində bir günlük matəm elan edib. Şahbaz Şərif X şəbəkəsindəki paylaşmasında bir ay əvvəl Rəisi ilə Abdullahiyanın İslamabada səfər etdiklərini xatırladaraq yazıb: "Onlar Pakistanın yaxşı dostları idilər. Pakistan matəm günü keçirəcək. Prezident Rəisi ilə yoldaşlarına hörmət, həmçinin, qardaş İran xalqı ilə həmrəylik əlaməti olaraq bayraqları endirəcəyik".
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.