Hüseyn Abdullayev aclığa başlayıb - VƏKİLİ DANIŞDI
Hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayev etiraz əlaməti olaraq aclığa başlayıb.
Cia.az xəbər verir ki, yaxınlarının gununsesi.info-ya verdiyi məlumata görə Bakı Hərbi Məhkəməsinin 1 oktyabr 2019-cu il tarixli hökmü ilə təyin olunmuş altı illik azadlıqdan məhrum etmə cəzasının bitməsinə iki ay qalmış barəsində yenidən ittiham elan olunaraq həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Hüseyn Abdullayev bu gündən aclığa başlayıb.
Buna səbəb onun barəsində aparılan növbəti cinayət təqibi və davam edən qanunsuzluqlara etirazının bu qaydada bildirməsidir.
Hüseyn Abdullayevin vəkili Cavad Cavadov Gununsesi.info -ya bu məlumatı təsdiq edib.
O bildirib ki, Hüseyn Abdullayev aclıq aksiyasına başlamasına səbəb, həmçinin onun barəsində Birləşmiş Millətlər Təşkilatının Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun 24-28 avqust 2020-ci il tarixdə keçirdiyi 88 saylı sessiyasında qəbul etdiyi qərarla işçi qrupunun 48/2020 saylı rəyi təsdiq olunmuş, Türkiyə və Azərbaycan Respublikalarına qarşı qərarının icra olunmamasına etiraz bildirməsidir.
Belə ki, həmin qərara əsasən onun BMT-nin Cenevrə Konvensiyasına uyğun olaraq siyasi sığınacaq pasportu olmasına və təqib olunduğu ölkəyə verilməsi qadağan olunduğu halda heç bir deportasiya, ekstradisiya qərarı olmadığı halda faktiki olaraq oğurlanaraq 21 aprel 20218-ci ildə Türkiyədən Azərbaycana gətirilməsi, onun burada məhkum edilməsi qanunsuz hesab edilib, onun azadlığa buraxılması tələb olunubdur.
Vəkil bildirib ki, Hüseyn Abdullayevin aclıq etməsi ilə bağlı Bakı İstintaq Təcridxanasının müdriyyəti məlumatlandırılıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.