“Bakı-2015” bu gün nəqliyyatın ilk Avropa Oyunları zamanı əməliyyatlara hazırlığını sınaqdan keçirəcək. Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunacaq simulyasiya tədbiri saat 08:00-dan 14:00-dək davam edəcək.
Tədbir zamanı nəqliyyatın hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayının artacağı gözlənilir. Buna səbəb iyunun 12-də start götürəcək birinci Avropa Oyunları üçün “Bakı-2015”in hazırladığı əməliyyat proqramlarını sınaqdan keçirməkdir.
“Bakı-2015” ilk Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatı Tamaşaçı Məlumat Mərkəzinin 2015 nömrəsinə zəng etməklə, Nəqliyyat Nazirliyi, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin internet səhifələrindən, radio, sayt və “Facebook” səhifəsi də daxil olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən əldə etmək olar.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.