banner
banner

Dünya

Makrondan tələb edildi: Sözünün üstündə dur!

Makrondan tələb edildi: Sözünün üstündə dur!

Yeni Kaledoniyanın Kanak və sosialist milli azadlıq cəbhəsi (FLNKS) partiyası Fransa dövləti tərəfindən vasitəçilik və iş missiyası həvalə edilmiş 3 yüksək vəzifəli məmura məktub ünvanlayıb.

FLNKS məktubda səfərbər olan aktivistlərlə çox sayda görüşlər və əsas yollarda nəzarəti zəiflətmək çağırışlarına dair danışıqlar aparılmasına baxmayaraq, hələ də yerlərdə çətinliklər olduğunu qeyd edib.

Müstəqillik tərəfdarlarının fikrincə, Emmanuel Makron mayın 23-də Yeni Kaledoniyaya səfəri zamanı verdiyi açıqlamalarda kifayət qədər aydın fikir səsləndirməyib. Məktubda E.Makron seçki korpusu ilə bağlı dəyişiklik olmayacağına söz versə də, mətnin qəti şəkildə geri götürülməsinə dair heç bir təminat verilməməsindən narazılıq bildirilib. FLNKS fəalların sakitləşməsi üçün təminatın verilməməsinin anlaşılmazlıq yaratdığını vurğulayıb.

Məktubda millətçi partiyalar və CCAt partiyası ilə birlikdə FLNKS Fransa prezidentindən Versal Konqresinin çağırılmayacağı və seçici korpusu ilə bağlı Konstitusiya islahatından imtina ediləcəyi ilə əlaqədar fikrini aydın ifadə etməsini tələb edir.

FLNKS bunun sülhü bərpa etməyin və Yeni Kaledoniyanın institusional gələcəyi ilə bağlı müzakirələri bərpa etməyin yeganə yolu olduğunu xatırladıb. \Axar.Az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.