Səudiyyə Ərəbistanında havaların çox isti keçməsi builki Həcc ziyarəti zamanı min nəfərdən artıq zəvvarın həlak olmasına səbəb olub. Frans Press Agentliyinin məlumatına görə, 800 nəfərə yaxın şəxs itkin düşüb. Həcc ziyarəti 14-19 iyun tarixlərində keçib. Həmin günlərdə havanın hərarəti 50 dərəcəni keçib. Müxtəlif ölkələrin diplomatlarının rəsmi açıqlamalarından çıxan nəticəyə görə, 2024-cü ilin Həcc ziyarəti zamanı 1081 nəfər zəvvar həyatını itirib. Həlak olanların əksəriyyəti - təqribən 660 nəfəri misirlidir və onların 30 nəfərdən azı qeydiyyatdan keçib, qalanları isə qeydiyyatdan keçmədən səfər ediblər. Həlak olanlar arasında 5 nəfər Rusiya vətəndaşı, Hindistan, Pakistan, İran, Tunis, Mərakeş, İordaniya, Seneqal, İndoneziya, Tacikistandan olanlar var. Onların bir qismi yaşlı və xəstə olduğu üçün, bir qismi isə həddən artıq istilər səbəbindən dünyasını dəyişib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.