banner
banner

İqtİsadİyyat

Azərbaycan bu benzinin istehsalına BAŞLADI - AÇIQLAMA

Azərbaycan bu benzinin istehsalına BAŞLADI - AÇIQLAMA

Azərbaycan “Avro-5” standartlarına cavab verən “Ai-95” avtomobil benzininin ilkin istehsalına başlayıb.

Cia.az xəbər verir ki, bununla bağlı məlumatı Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban paylaşıb.

İ.Şaban bildirib ki, Azərbaycanda “Ai-95” benzinin istehsalına qədər isə “Avro-5” standartlarına cavab verən “Ai-93”ün istehsalı həyata keçirilir.

Xatırladaq ki, Bakı Neft Emalı Zavodunda yenidənqurma işlərininin nəticəsində “Avro-5” standartlarına cavab verən dizel və benzin istehsalı nəzərdə tutulmuşdu. Dizel istehsalına 2023-cü ildən, “Ai-93” benzinin istehsalına isə 2024-cü ildən başlanılıb. Bu ildən həm də “Ai-95”in istehsalı mümkün olacaq.

Bakı Neft Emalı Zavodunda təmir işləri 2016-cı ildən başlanılıb.

Gundem.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.