İranda prezident seçkiləri keçirilir Bu gün Tehran vaxtı ilə 08.00-da (Bakı vaxtı ilə 08.30-da) İranda prezident seçkilərində səs verilməsi üçün seçki məntəqələri açılıb. TASS informasiya agentliyinin məlumatına görə, ölkənin daxili işlər naziri Əhməd Vahidi bu seçkilərdə təhlükəsizlik məsələsinə böyük diqqət yetirildiyini qeyd edib. İranın növbədənkənar 14-cü dövr prezident seçkiləri axşam saat 18.00-a qədər davam edəcək. Ölkədə 61 milyon 452 min 321 nəfər seçici var. Dövlət başçısı seçkilərində iştirak edən altı namizəddən ikisi namizədliyini geri götürüb. Bu seçkidə namizədlərdən heç biri lazımi miqdarda səs toplaya bilməsə, ən çox səs toplayan iki namizədin iştirakı ilə iyulun 5-də seçkilərin ikinci turu keçiriləcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.