Rasim Balayevin səhhətində problem: Əməliyyat olundu
Xalq artisti Rasim Balayev əməliyyat edilib.
Cia.az xəbər verir ki, xalq artisti teleqraf.com-a açıqlamasında səhhətinin normal olduğunu deyib:
"Əməliyyat edildim, xəstəxanada bir gün qaldım. Hazırda evdəyəm. Sol ayağımda problem vardı, yaxşı hərəkət edə bilmirdim. Neçə ildir, bu xəstəlikdən əziyyət çəkirdim. Həkimlər əvvəl əməliyyat etmək istəmirdilər, mən də fizioterapiyaya gedirdim. Gördüm, faydası yoxdur. İyunun 4-də əməliyyata getdim, indi hər şey qaydasındadır".
Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamalın bir neçə gün əvvəl efirə qayıdacağı barədə məlumat yayılmış, daha sonra isə bunun yanlış olduğu açıqlanmışdı.
Uzun müddətdir ekranlardan uzaq qalan Necati Şaşmazın “Yeraltı” serialının aktyor heyətinə qoşulacağı və layihəyə müsbət yanaşdığı iddia edilirdi. Hətta tərəflərin razılığa gəldiyi də deyilirdi.