Kərəm Mustafayev həbsdən qurtula BİLƏCƏKMİ? - Otağı tərk etməsi üçün 30 dəqiqə vaxt verilib...
Məlum olduğu kimi, keçən həftə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Kərəm Mustafayev general-polkovnik Kərəm Mustafayev vəzifəsindən çıxarılaraq, sərəncama göndərilib. Qeyd edək ki, bu haqda ilk xəbəri də elə Dia-az.İnfo olaraq bizlər oxucuların diqqətinə təqdim etmişdik. Onun yerinə təyin olunan general-mayor Kərəm Seyidov isə, hazırda Naxçıvandadır və bu gündən vəzifəsinin icrasına başlayacağı bildirilir: “Kərəm Mustafayevə dərhal sərəncama göndərildiyi bidirildi və anındaca, 30 dəqiqə içərisində qərargahı tərk etmək əmri verildi. Şəxsi əşyalarını götürmək imkanı olmadı. Bizdə olan məlumata görə, onun vəzifədən çıxarılmasının səbəbi son vaxtlar orduda baş verən qəlt hadisələrini bədbəxt hadisə kimi qələmə verib, nazirliyi aldatmağa cəhd etməsi olub. Yeni komandanın sabahdan işini təhvil götürüləcəyi bildirilir”. Kərəm Mustafayevin adı korrupsiya, hərbçilərin maaşlarının mənimsənilməsində və digər özbaşınalıqlarda da çəkilir. Onun qardaşı Neymət Mustafayevin zabit və əsgərləri öz tikinti şirkətində qul kimi işlətməsi ilə bağlı Dia-az.İnfo-ya xeyli şikayətlər daxil olmuşdu.
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin cinayət işi məhkəməyə göndərilib. Onun məhkəməsi İrəvanda deyil, Sünik (Zəngəzur) vilayətində keçiriləcək.
Sinus taxikardiyası diaqnozu qoyulan şəxslərin hərbi xidmətə yararlı hesab edilib-edilməməsi ürək-damar sisteminin funksional vəziyyətindən və pozuntunun dərəcəsindən asılıdır.
Onurğa əyriliyinin müəyyən növləri və dərəcələri olan vətəndaşlar hərbi xidmətə yararlı hesab edilirlər. Bu zaman skolioz və kifozun mərhələsi nəzərə alınır
Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqini nəzərdə tutan dəyişiklikləri son oxunuşda qəbul edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.