banner
banner

Dünya

Zelenski Putini öldürmək istəyir

Zelenski Putini öldürmək istəyir

Cia.az "Korrespondent.net" nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putini öldürmək istədiyini bildirib.
Zelenski jurnalistlərə açıqlamasında Kiyevdəki Oxmatdet uşaq xəstəxanasına raket zərbəsi kimi hallardan sonra ürəyindən belə bir arzunun keçdiyini söyləyib.
Zelenski deyib: "Mən atayam, prezidentəm, insanam... Bu adamları, övladları ölən valideynləri görəndə - belə anlarda Putini öldürmək istəyirsən. Bizim hamımız bunu çox istəyirik". Zelenskinin fikrincə Putin "nəsə içir" və düşünmür.
"Putin Ukraynada nə baş verdiyini fikirləşmir. Raket hərbi obyektə yox, düz uşaq xəstəxanasına uçurdu. Ona görə də, bu hissləri keçirirəm". 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.