banner
banner

Gündəm

Atalarının yerinə namizəd oldular - FOTO

Atalarının yerinə namizəd oldular - FOTO

Xəbər verdiyimiz kimi, Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlərin adları açıqlanıb. YAP-ın namizədlər siyahısında iki keçmiş deputatının övladlarının adları var.

Cia.az “qafqazinfo”ya istinadən xəbər verir ki, onlardan biri 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən namizəd göstərilən Süleymanlı Mahir Tahir oğludur. O, sabiq deputat Tahir Süleymanovun oğludur. T.Süleymanov 2000-2020-ci illərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Milli Məclisin deputatı olub.

 

20 saylı Nərimanov ikinci seçki dairəsindən isə Vəliyev Samir Əhməd oğlu namizəd göstərilib. S.Vəliyev Odlar Yurdu Universitetinin rektoru, III və IV çağırış Mili Məclisin üzvü olmuş Əhməd Vəliyevin oğludur.

 

Bundan başqa, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Lent.az-a açıqlamasında səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib. Onun sözlərinə görə, qızı Günay Ağamalı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub: “Bu il qızım seçkilərdə iştirak edəcək. Artıq namizədliyi təsdiq olunub. Qızım Günay Ağamalı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub”.

***

 

12 saylı Xəzər birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Maniyeva Aygün Şaitdin qızı da sabiq millət vəkilinin qızıdır. O, keçmiş deputatı Şaitdin Əliyevin övladıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.