BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyasının alimləri 24 iyul tarixində Yer kürəsində G1 (zəif) dərəcəli maqnit qasırğası olacağı barədə xəbərdarlıq ediblər.
Alimlər maqnit qasırğalarını beş təsnifata bölürlər: G1 növü zəif qasırğa, G2 növü orta, G3 növü güclü, G4 növü çox güclü, G5 növü isə son dərəcə güclü qasırğaıdır.
Güclü maqnit titrəyişləri GPS də daxil olmaqla peyk sistemlərinin fəaliyyətinə təsir göstərə bilər, naviqasiyanın dəqiqliyini və etibarlılığını müvəqqəti olaraq azalda bilər.
Günəş Astronomiyası Laboratoriyasının proqnozuna görə, G1 qasırğası iyulun 24-də gündüz saatlarında (18:00-a qədər) gözlənilir. Onun ehtimalı təxminən 35 faizdir. Alimlər 24 iyuldan sonra maqnitosferin 19 avqusta qədər sakit olacağını gözləyirlər.
May ayında alimlər son 20 ilin ən güclü G5 dərəcəli maqnit qasırğasını qeydə alıblar.
Bundan bir neçə gün sonra Günəşdə ən yüksək dərəcəli - X8.8 balı olan X. dərəcəli bir partlayış baş verdi. Sonuncu dəfə 2017-ci il sentyabrın 6-da güclü partlayış müşahidə olunub.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.