Adil Vəliyevin adına 2 milyon manatlıq avtosalon — Rəsmi sənədlər
Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları barədə yerli və beynəlxalq mətbutada yazılar dərc olunur. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksər məmurların özlərinin və övladlarının sahib olduqları şirkətlərin, obyektlərin olması artıq adi hal alıb.
Cia.az xəbər verir ki, Sabunçu rayon İcra Hakimiyyətinin başçsısı Adil Vəliyevin avtomobil salonları və digər biznes şəbəkəsi olması mətbuatda yayımlansada bununla bağlı heç bir təkzib verilməyib. İcra başçısının biznesini oğlu idarə etdiyi bildirilir.
Araşdırmalarımız nəticəsində həmin salonlar Adil Vəliyevə məxsus olması ilə bağlı rəsmi sənədlər əldə olunub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında, Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 37 ünvanında tikinti sahəsi 1026 kvadrat, 2 mərtəbli zirzəmili, olan obyekt Adil Ənvər oğlu Vəliyevin adına sənədləşdirilib. “RED LİNE STUDİO” MMC-nin lahiyəçisi olduğu qeyri-yaşayış (avtomobillərin satışı salonu) binası kimi rəsmiləşmə 15.05.2024-cü ildə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq olunub. 24.05.2024-ci tarixində Tikintilərin Dövlət Reyestri tərəfində qeydiyyata alınıb.
Həmçinin obyekt üçün 1 mərtəbəli 73 kvadratlıq köməkçi tikililər (yeraltı su anbarları və nasosxana) rəsmi sənədlə icra başçısı vəzifəsini daşıyan Adil Vəliyevin adına rəsmiləşib.
3 sot ərazidə 2100 kvadrat olan obyektin hazırkı bazar qiyməti 2 milyon manatdan çox qiymətləndirilir.
Qeyd edək ki, Adil Vəliyev 2012-ci ildən Sabunçu rayon İcra Hakimiyyətinin başçsıdır.
Məsələ ilə bağlı Adil Vəliyevin açıqlamasın almaq mümkün olmadı. (Xalq.az)
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.