banner
banner

Gündəm

Bakı meri bu başçını tənqid etdi - Vaxt verildi...

Bakı meri bu başçını tənqid etdi - Vaxt verildi...

Son vaxtlarda paytaxtda sanitar-təmizlik məsələlərinin vəziyyəti ilə bağlı ən problemli ərazilərdən biri Binəqədi rayonudur.

Cia.az xəbər verir ki, rayonda santar-təmizlik məsələləri istiqamətində problemlərin aradan qaldırılması və Bakı şəhərində həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə rayonun qoşulması ilə bağlı Binəqədi RİH-də Bakı Şəhər və Binəqədi Rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, rayonun kommunal və təsərrüfat xidmətlərinin, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda 5 il ərzində həyata keçirilən layihə barədə danışaraq bildirib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində son illərdə kommunal xidmətlərin maddi-texniki bazası möhkəmlənib. Vurğulandı ki, cənab Prezidentin həyata keçirdiyi siyasət sayəsində əhalinin həyat səviyyəsi artıb və bununla əlaqədar insanlar öz şəhərlərinə daha çox qayğı ilə yanaşırlar. Nəticədə bu gün Bakı şəhərinin təmizliyi göz oxşayır.

Qeyd edilib ki, hazırda Binəqədi rayonunda RİH başçısı tərəfindən həyata keçirilən abadlıq və təmizliklə bağlı müsbət işlər, pozitiv dəyişikliklər müşahidə edilsə də, ümumilikdə sanitar-təmizlik məsələləri hələ də aşağı səviyyədə qalmaqdadır. Bununla əlaqədar rayon rəhbərliyi və kommunal xidmətlərin işi ciddi tənqid olunub. Rayonda müşahidə olunan problemləri nəzərə alaraq bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin Binəqədi rayonu ərazisində keçirilməsi qərara alınıb.

Müşavirədə rayonun qəsəbə və İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinin hesabatları dinlənilib, onlara ciddi xəbərdarlıq edilib və cavabdeh ərazidə problemlərin aradan qaldırılması ilə bağlı konkret vaxt verilib.

Qeyd edilib ki, son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində paytaxtımız Bakı şəhəri çox təmiz və abad şəhərə çevrilib və bu layihə paytaxtın 8 rayonunda davam etdirilir. Yaxın günlərdə sözügedən layihənin icrasına Binəqədi rayonundada start veriləcək. Binəqədi rayonunda maarifləndirmə işlərində digər rayonlarda olduğu kimi “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də iştirak edəcəklər./axar.az/



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.