ABŞ Misirin sabiq prezidenti Məhəmməd Mursi və 2011-ci ildə həbsdən kütləvi qaçışlara görə cavabdeh hesab edilən digər 100-dən çox müttəhim haqqında ölüm hökmü çıxarılmasını ciddi narahatlıqla qarşıladığını bildirib.
Bu barədə rəsmi Vaşinqtonun mövqeyini Dövlət departamenti bildirib.
"Biz dəfələrlə kütləvi məhkəmə proseslərinin və hökmlərin əleyhinə çıxış etmişik, çünki bu addımlar Misirin beynəlxalq öhdəlikləri və qanunun aliliyi ilə ziddiyyət təşkil edir" - deyə Dövlət Departamentinin bugünkü bəyanatında deyilir.
Bu arada ölüm hökmü ilə əlaqədar narahatlığını Avropa Birliyi də gizlətməyib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə hökmü “keçmiş rejimin (Mübarək dövrü) davamı” kimi qiymətləndirib.
Qeyd edək ki, ölüm hökmü dünən Qahirə məhkəməsində çıxarılıb. Mursinin vəkili ölüm hökmündən apellyasiya şikayəti veriləcəyini bildirib. Sabiq prezident həmçinin casusluq ittihamları ilə üzləşir.
Misirin ali dini rəsmisi olan baş müfti iyunun 2-də hökmlə bağlı son qərarı verməlidir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.