Cia.az "Anadolu agentliyi"nə istinadla xəbər verir ki, Fəlsətin Prezidenti Mahmud Abbas avqustun 15-də Türkiyə parlamentində çıxış edib. Çıxış zamanı o, Fələstin hökumətinin üzvləri ilə birlikdə Qəzza bölgəsinə səfər etmək niyyətində olduğunu bəyan edib: "Başqa yol yoxdur. Bununla əlaqədar mən və Fələstin hökumətinin bütün üzvləri Qəzzaya getməyi qərara almışıq və bunu edəcəyik". Mahmud Abbas Fələstin xalqının hüquqlarını dəstəklədiyinə və Qəzza bölgəsinə onlarla ton humanitar yardım göndərdiyinə görə Türkiyə dövlətinə minnətdarlığını bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.