banner
banner

Dünya

İspaniya parçalanır?

İspaniya parçalanır?

İspaniyanın Kataloniya əyalətinin müstəqilliyi ilə bağlı səsvermə başa çatıb.

ANS PRESS-in məlumatına görə, İspaniyanın Kataloniya bölgəsində qeyri-rəsmi surətdə keçirilən səsvermədə 1,9 milyon adam iştirak edib.

İspaniyanın Konstitusiya Məhkəməsi bu qərarın qanuna zidd olduğunu elan etsə də Kataloniya muxtar regionunun başçısı Artur Mas bunun simvolik xarakter daşıdığını bildirib.

İspaniyanın Baş naziri Mariano Rajoy da referendumun heç bir nəticəsinin hüquqi qüvvəyə malik olmayacağını vurğulayaraq, kataloniyalıları "fəhmli olmağa səsləyib" və Konstitusiya çərçivəsində muxtariyyətin genişləndirilməsi barədə danışıqların keçiriləcəyini vəd edib.

Kataloniyalılar arasında müstəqillik qazanmaq arzusu İspaniyada iqtisadi böhran başlanandan sonra güclənib.

Qeyd edək ki, sentyabrın 19-da regional parlament 106 səs lehinə, 28 səs əleyhinə səsverməsilə referendumun keçirilməsi barədə qərar qəbul etmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.