Bakının Nəsimi rayonunun yeni icra başçısının kim olacağı dəqiqləşib.
Cia.az xəbər verir ki, yenisabah.az-ın əldə etdiyi məlumata görə, bu posta Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov gətirilir. Onunla bağlı müvafiq sərəncamın sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən dərhal sonra elan olunacağı bildirilir.
Qeyd edək ki, Vüqar Novruzov 04 dekabr 2019-cu ildə Naftalan şəhər icra hakimiyyətinin başçısı təyin olunub. Novruzovun Naftalanda apardığı quruculuq-abadlıq işləri, xüsusilə sosial problemlərin həlli istiqamətində həyata keçirdiyi layihələr ölkə rəhbərliyi tərəfindən müsbət qarşılandığı üçün ona daha böyük etimad göstərilməsinə qərar verilib. Həkim tap
Xatırladaq ki, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov parlament seçkilərinə qatılıb. Onun namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Əsgərov namizəd olduğu 112 saylı Zaqatala seçki dairəsində favoriti sayılır.
Qüvvədə olan qanunvericiliyə görə, Milli Məclisin üzvü icra orqanlarında vəzifə tuta bilməz.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.