banner
banner

Gündəm

Eldar Əzizov nazir postuna gətirilir

Eldar Əzizov nazir postuna gətirilir

Azərbaycan hökumətində ciddi dəyişiklik gözlənilir. Sentyabrın 1-də keçiriləcək növbədəkənar parlament seçkilərindən sonra nazirlərdən biri istefaya göndəriləcək.

Cia.az xəbər verir ki, “Yeni Sabah” həmin nazirin kimliyini müəyyənləşdirə bilib. Məlum olub ki, Mədəniyyət naziri Adil Kərimli hakimiyyət komandasını tərk etmək ərəfəsindədir. Onun sentyabr ayının sonuna kimi tutduğu vəzifədən uzaqlaşdırılacağı bildirilir.

 

Adil Kərimlinin “vurulmasına” səbəb kimi ölkənin mədəniyyət ictimaiyyəti ilə dil tapa bilməməsi göstərilir. Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, titullu sənətkarların nazirin fəaliyyətindən narazı olduğu, hətta bununla bağlı hakimiyyətin müxtəlif sturukturlarına şikayət məktubları göndərdikləri deyilir. İxtisasca hüquqşünas olan Adil Kərimlinin mədəniyyət sektoruna yad adam olduğu üçün sənət adamları ilə təmas qurmağa çətinlik çəkdiyi bildirilir.

Hakim komandadan verilən məlumata görə, bu məsul vəzifəyə Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov gətiriləcək. Bununla bağlı Mədəniyyət Nazirliyinin rəhbər şəxslərinin məlumatlandırıldığı iddia olunur.

Qeyd edək ki, Eldar Əzizov uzun illərdən bəri icra orqanlarına məsul vəzifələrdə çalışsa da, mədəniyyət sferası üçün yad adam sayılmır. O, dövlət başçısı tərəfindən sənət adamlarına verilən evləri sahiblərinə şəxsən təqdim etdiyi üçün bu sektorun tanınmış simaları ilə yaxşı əlaqələrə malikdir. Sənət adamları mənzillərin seçimi, təmiri və oxşar problemlərlə bağlı Bakı merinə tez-tez müraciət edirlər. Eldar Əzizovun bütün müraciətləri müsbət cavablandırdığı üçün bu cameədə hörmət sahibi olduğu deyilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.