Hərbi xidmətin müddəti 6 aya endirilir? - Açıqlama
Bu il qəbul imtahanlarında 27227 abituriyentin ali məktəblərə qəbul ola bilməməsi müzakirələrə səbəb olub. Onların əksəriyyəti oğlandır. İndi əsgər getməyə hazırlaşan gənclərin 1 il 6 aylıq hərbi xidmət dövründə əldə etdikləri biliklərin xeyli hissəsinin yaddan çıxacağı bildirilir. Ona görə də təklif olunur ki, həmin gənclərimizə 1 il möhlət hüququ verilsin. Bununla yanaşı, orta təhsilli şəxslərin hərbi xidmət dövrünün 1 il 6 aydan 1 ilə, ali təhsilli şəxslərin isə 1 ildən 9 və ya 6 aya endirilməsi təklif olunur.
Hurriyyet.az xəbər verir ki, məsələylə bağlı Bakupost.az-a danışan hərbi ekspert Azad İsazadə çağırış prosesinin özünün istər-istəməz reformalar keçirməli olduğunu bildirib.
O, bu istiqamətdə müzakirələrin aparılmasına ehtiyac olduğunu deyib:
“Məncə, ildə dörd çağırış çoxdur, yazda və payızda iki çağırışa keçməyi təklif edirəm. Sözsüz ki, ali məktəblərə qəbul olmayan gənclər əsgər getməlidir. Onlara möhlət hüququnun verilməsini düzgün hesab etmirəm. Ümumiyyətlə, proses get-gedə müqaviləli xidmət istiqamətində gedir. Hərbi peşəsindən asılı olaraq buna uyğun onların karantin müddəti təyin oluna bilər”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.