banner
banner

Sosİal

Taksilərlə bağlı YENİLİK - Yaxın vaxtlarda...

Taksilərlə bağlı YENİLİK - Yaxın vaxtlarda...

Ötən aydan başlayaraq taksilərlə bağlı yeni qaydaların qüvvəyə minməsindən sonra bu sahədə istifadə olan nəqliyyat vasitələrinin arealı dəyişdi. Əvvəllər daha çox hibrid avtomobillərin istismar olunduğu taksiləri artıq “avro-5” standartlarına cavab verən maşınlar əvəz edir. Lakin bu nəqliyyat vasitələrinin əksər hissəsi yanacaqla çalışdığı üçün sərifiyyat baxımından əlverişli hesab edilmir. 

Bəs görəsən, bir çox dünya ölkələrində olduğu kimi, ölkəmizdə də yaxın gələcəkdə elektormobillərə tam keçid gözlənilirmi? 

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, hazırda taksi xidmətində istifadə olunan “London taksiləri” bu seqmentdə olan maşınlardandır: 

“Hazırda, taksi xidmətində ekoloji cəhətdən təmiz sayılan nəqliyyat vasitələri istismar olunur. Bunlar bir hissəsi dövlət xətti ilə gətirilən və “London taksiləri” adlandırdığımız avtomobillər, digərləri isə fərdi qayadada, sahibkarların təşəbbüsü ilə idxal olunan hibrid maşınlardır. Bu avtomobillər artıq illərdir ki, Azərbaycanda taksi xidmətində istismar olunur”. 

Ekspertin fikrincə, yaxın gələcəkdə tədricən elektromobil və hibrid nəqliyyat vasitələri taksidə daha çox istifadə olunacaq:

“Total qaydada, tam olaraq taksilərin ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsinə keçidi, yəni elektromobilə keçidi hələ tezdir. Çünki bizim ölkəmizdə cəmi 200 enerjidorldurma məntəqəsi var. Bu isə 10 milyonluq əhali üçün olduqca kiçik rəqəmdir. Enerjidoldurma məntəqələrinin sayı artdıqdan sonra ola bilər ki, elektormobillərə keçid tədricən sürətlənsin. Amma hal-hazırda bununla bağlı hansısa proqrama ehtiyac yoxdur. Onsuz da qənaət baxımından sahibkarlar da, dövlətin balansında olan taksilər də ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə üstünlük verirlər”. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.