banner
banner

İqtİsadİyyat

Toyuq əti kəskin BAHALAŞDI - Mal və qoyun ətinin qiyməti...

Toyuq əti kəskin BAHALAŞDI - Mal və qoyun ətinin qiyməti...

Son günlər ölkədə toyuq əti kəskin bahalaşıb. 

Bakupost.az xəbər verir ki, əvvəllər 5-6 manata alınan toyuqlar, indi marketlərdə 8-10 manata satılır. Demək olar ki, toyuq ətinin qiyməti mal-qoyun ətinə çatır. 

Bəs bahalaşmanın səbəbi nədir? Toyuğun qiymətinin artması digər ətlərin qiymətinə təsir edəcəkmi?  vakansiyalar

Məsələ ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Bakupost.az –a açıqlama verib. 

Onun sözlərinə görə, bahalaşmanın səbəbi məhsul qıtlığıdır: 

“Məhsuldarlığın aşağı düşməsi və maya dəyərinin artması da buna təsir edir. Hazırda toyuq yemləri də bahalaşıb. Digər tərəfdən, Azərbaycan iqtisadiyyatının köklü problemlərindən olan inhisarçılıq da qiymət artımını tətikləyir və sürətləndirir. Səbəb dediyim kimi, toyuq ətinin maya dəyərinin və yemin bahalaşması, istehsalın azalmasıdır. Ola bilər ki, bu, süni şəkildə edilir. Araşdırma aparılmalıdır”. 

“Bahalaşma digər ətlərin qiymətinə necə təsir edəcək” sualına isə ekspert belə cavab verib: 

“Mal, qoyun ətini ala bilməyən vətəndaşlar əsasən, toyuq ətini alırdılar. Görəcəklər ki, mal əti ilə toyuq əti arasında o qədər də ciddi qiymət fərqi yoxdur, başlayacaqlar, mal əti almağa və tələbat artacaq. Mal və qoyun ətinin bahalaşması onsuz da gözlənilir. Bu da bahalaşmanı az da olsa artıracaq”. 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.