Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandırır - SƏBƏB
11-12 sentyabr tarixlərində Azərbaycan Mərkəzi Bankının Bakı şəhəri, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasında "Nağd pul ofisi" fəaliyyət göstərməyəcək.
Cia.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bank tərəfindən əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə Bakı şəhərində əhaliyə xidmət üzrə təşkil olunan "Nağd pul ofisi" Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasında həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 13:00-dək davamlı fəaliyyət göstərməkdədir.
13-15 sentyabr 2024-cü il tarixlərdə Bakı şəhərində keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı 11-12 sentyabr tarixlərdə Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasında "Nağd pul ofisi" fəaliyyət göstərməyəcək.
"Nağd pul ofisi" növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcəkdir.
Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.