Formula 1-ə gedəndə bunları aparmaq olmaz - Siyahı
Formula 1 Qatar Airways Azərbaycan Qran Pri 2024 yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısı açıqlanıb.
Cia.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışların keçirildiyi məkana, ictimai asayişə potensial zərər və zədə gətirə biləcək əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır.
Azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısı:
- Heyvanlar (fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla);
- Spirtli içkilər, su qabları və hər növ içki qablaşdırmaları (uşaq üçün olan istisna olmaqla);
- Qidalar və içkilər (uşaq üçün olan istisna olmaqla);
- Odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar;
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.