Nazirlər Kabineti “Liman infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi Qaydası”nı təsdiq edib.
Cia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.
Qərara əsasən, Qayda “Dəniz limanları haqqında” qanuna uyğun hazırlanıb və dəniz limanı infrastrukturunun dövlət mülkiyyətində olan obyektinin müsabiqə əsasında icarəyə verilməsi qaydasını müəyyən edir.
Qaydada liman infrastrukturunun dövlət mülkiyyətində olan obyekti dedikdə dövlət mülkiyyətində olan əmlaklar nəzərdə tutulur.
Obyektin müsabiqə əsasında icarəyə verilməsini icarə müqaviləsi bağlanılmaqla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir və icarəyəverən qismində çıxış edir.
Obyektin müsabiqə əsasında icarəyə verilməsi zamanı bu Qaydanın tələblərinə cavab verən fiziki və hüquqi şəxslər icarəçi kimi çıxış edə bilərlər.
Dövlət Xidməti öz rəsmi internet informasiya ehtiyatında müsabiqə əsasında icarəyə verilən obyekt barədə elan yerləşdirir.
Müsabiqə əsasında icarəyə verilən obyektdən istifadəyə görə aylıq start icarə haqqının məbləği Qanuna və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən edilir./Axar.az/
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.