banner
banner

Sosİal

Nazirlik sürücülərə müraciət etdi

Nazirlik sürücülərə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) avtonəqliyyat vasitələri sürücülərinə müraciət edib.

Nazirlikdən Cia.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

"Yay istirahət mövsümünün, xüsusilə məktəblilərin yay tətili günlərinin başa çatması ilə şəhərdaxili avtomobil yollarında sıxlıq müşahidə olunmaqdadır. Belə vəziyyətdə fövqəladə hadisə ünvanına tələsən xüsusi təyinatlı texnikaların, o cümlədən yanğınsöndürən və xilasetmə avtomobillərinin yollarda hərəkəti və hadisə yerinə vaxtında çatması üçün çətinliklər yaranır. Xüsusilə, bəzi sürücülərin hadisə yerinə tələsən yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməməsi son nəticədə baş vermiş yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına maneə törədir.

Xatırladırıq ki, belə davranışla həmin sürücülər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşımaqla yanaşı, yanğın, qəza və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə həm də mənəvi məsuliyyət daşıyırlar.

Odur ki, hər bir avtonəqliyyat vasitəsi sürücüsü daşıdığı məsuliyyəti dərk edərək operativ nəqliyyat vasitələri olan yanğınsöndürən və xilasetmə avtomobillərinə dərhal yol verməlidir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.

Bu bayram rayona getmək istəyənlərə pis xəbər – 800 manatlıq xərc gözlənilir

“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.