Bakı bu ölkə ilə də razılaşdı: onlar üçün viza ləğv edilir
Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir.
Cia.az xəbər verir ki, bununla bağlı sentyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələri çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əs Səud ilə görüşündə razılıq əldə olunub.
Belə ki, nazirlər "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında qısa müddətli səfər edən diplomatik və xüsusi və xidməti pasportlara malik olan şəxslərin qarşılıqlı giriş vizasından azad edilməsi haqqında" Anlaşma Memorandumu imzalayıblar.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri elan edilən 27–31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Spiker Sahibə Qafarovanın rəhbərliyi ilə öz işinə başlayan Milli Məclisin iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı müzakirəyə çıxarılıb.
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev mayın 22-də Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüb.
Bakıda köhnə binaların yenilənməsi planı paytaxt sakinlərini həm sevindirir, həm də müəyyən suallar yaradır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 5 və 9 mərtəbəli binaların mərhələli şəkildə söküləcəyini qeyd edib. Bu addım şəhərin görkəmini gözəlləşdirsə də, mütəxəssislər bəzi məqamlara diqqət yetirməyi tövsiyə edir.
Bir çox ölkələrdə olduğu kimi, Malayziyada da hər bir nazirliyin öz inkişaf planı var. Lakin əsas məsələ bu planların bir-biri ilə ziddiyyət təşkil etmədən necə əlaqələndirilməsidir.
Mayın 21-də Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdlərinin iştirakı ilə “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsi keçirilib.
Eldar Əzizovun açıqlaması ilə Bakı şəhərində köhnə yaşayış fondunun yenilənməsi ilə bağlı məsələ yenidən aktuallaşıb. İcra başçısı tərəfindən köhnə və istismar müddətini başa vurmuş binaların mərhələli şəkildə söküləcəyi ilə bağlı açıqlamalar verilib. Bu proses təkcə memarlıq və şəhərsalma baxımından deyil, həm də sosial və iqtisadi aspektlərə görə geniş maraq doğurur. Əsas suallardan biri isə söküntü işlərinin hansı ərazilərdən başlanacağıdır.