Paşinyan Əliyevlə hansı məxfi müqaviləni imzalayıb? - “Bu ərazini Azərbaycana verib”
“Paşinyan Ərdoğan və Əliyevlə razılaşıb. Onun əsas məqsədi hakimiyyətdə qalmaqdır. Əslində ABŞ və Fransa ilə oyun oynayır, bir tərəfdən onlarla işlədiyini göstərir, digər tərəfdə Bakı və Ankara ilə razılığa gəlir”.
Cia.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.
Baqratyan bildirib ki, Paşinyanın siyasəti Rusiyanı da Azərbaycana yaxınlaşdırır.
“Rusiya Azərbaycanla strateji müttəfiqlik sənədi imzaladı. Moskva Turan dəhlizini (Zəngəzur dəhlizi) qəbul edib. Hesab edirəm ki, Nikol Paşinyan 2023-cü ildə Azərbaycanla gizli müqavilə imzalayıb və dəhlizi (Zəngəzur) Bakıya təhvil verib”, - o iddia edib. /publika.az/
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.