Cia.az xəbər verir ki, bu barədə İranın “Pelikan.media” saytı məlumat yayıb. Xəbərdə deyilir ki, İsrail tarixi dəqiqləşdirib. “Yalnız hərəkət üçün əmr gözlənilir”. İran mətbuatı məlumatı hansı mənbədən əldə etdiyi barədə bilgi verməyib. Bu əsnada, İsrail hökumətinin rəsmiləri baş nazir Benjamin Netenyahudan İranın atom enerjisi obyektlərinə zərbə endirməyi tələb ediblər. SEPAH rəhbərliyi isə bəyan edib ki, əgər İsrail 1 zərbə vurarsa, qarşılıq olaraq 10 raket atılacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.