VII çağırış Milli Məclisin deputatlarına köməkçilər təyin olunub.
Cia.Az modern.az-a istinadla xəbər verir ki, Deputat köməkçilərinin dövlət qulluqçusu statusu yoxdur və onların səlahiyyət müddətinə yeni çağırış Milli Məclisin ilk iclas günü xitam verilir.
Qeyd edək ki, deputat köməkçisi institutu ölkəmizdə yeni təsisatlardandır və 2007-cı ilin fevralında yaradılıb.
Deputat köməkçiləri ayda 1200 manat maaş alırlar.
Deputat köməkçisinin təyinatı "Deputatın statusu haqqında" Qanunun tələblərindən irəli gəlir.
Bu qanunun 21-1-ci maddəsində deyilir:
- Deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər.
- Deputatın köməkçiləri Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına saxlanılır.
- Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
- Deputatın köməkçisinə aid əlavə tələblər Azərbaycan Respublikası Milli Məclisi sədrinin sərəncamı ilə müəyyən edilir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.