banner
banner

Sosİal

Paytaxtın bu ərazisindəki evlər söküləcək

Paytaxtın bu ərazisindəki evlər söküləcək

Son vaxtların ən mühüm problemlərindən biri də Bakının bəzi ərazilərindəki evlərin sökülməsidir. Əsasən də bu məsələ paytaxtın "Sovetski" və "kubinka" adlanan ərazilərində aktual olaraq qalır. Belə ki, sözügedən ərazilərdə mərkəz küçələrdəki bəzi yaşayış sahələri sökülüb. Amma iç-içə məhlələrdə hələ də söküntü işləri getməyib. Həmin ərazilərdəki qonşular da bildirir ki, illərdir oradakı evlərin söküləcəyi deyilir.

Bəs, bu məsələ niyə illərdir ki, uzanır? Burada hansı səbəblər rol oynayır?

Cia.az xəbər verir ki, məsələ ilə əlaqədar ajans.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq söküntü işləri başlayıb:

"Ümumiyyətlə, 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə paytaxt Bakı şəhərində istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan binaların söküntü prosesi gedir. Bu günə qədər də onlarla köhnə çox mənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri sökülərək yeni tikili binalarla əvələnib. Söküntülər daha çox iki formada aparılır. Birinci olaraq, özəl sektor tərəfindən köhnə binalar sökülür və yenisi ilə əvəz olunur. İkinci isə dövlətin ehtiyacı olan torpaqlar qiymətləndirilərək bazar qiyməti ilə dəyərləndirilir və 20 faiz artıq kompensasiya verilməklə vətəndaşlardan geri alınır. Həmin "Sovetski" ərazisində də söküntü artıq asta-asta başlayıb. Bu proses mərhələli şəkildə aparılır. Bir çox ərazilərdə parklar salınıb".

Ekspert həmçinin, söküntü meyarları, bazar qiymətləri və gecikmə səbəbləri məsələlərinə də toxunub:

"Bundan əlavə, söküntü işlərinin aparılması üçün tikinti şirkətləri bazarı da nəzərə alır. Əgər eyni anda hər yeri söksələr, onlar tikdikləri binanı başqa şəxslərə sata bilməzlər. Həm də kirayə bazarında mənfi təsir özünü göstərəcək. Əmlak bazarında həm qiymət artımı, həm də alıcı qıtlığı ilə nəticələnə bilər. Vətəndaşların mənzilinə gəldikdə isə onlar gözləntidədir.

Söküntünü gözlədikləri üçün təmir işlərinə də bir o qədər diqqət ayırmırlar. Amma istənilən halda bir şəxs öz şəxsi evində yaşayırsa, onun nə vaxt söküləcəyindən asılı olmayaraq yaşayış şəraitinin yaxşılaşdırılması üçün lazımı yerlərdə müəyyən təmir işləri görməlidir. Söküntü zamanı əgər özəl sektor olarsa, vətəndaşa yenidən ev verilir. Dövlət xətti ilə sökülürsə, ev ölçülür və bazar qiymətinə uyğun hesablanır, qiymətdən əlavə 20 faiz kompensasiya verilir. Bu prosesin bu qədər ləng getməsinin səbəbi Bakı şəhərinin baş planının təsdiq olunmaması idi.

Artıq 2023-cü ilin dekabr ayının sonunda Bakının baş planı təsdiqləndi. Hansı ərazilərdə nələrin söküləcəyi və nələrin tikiləcəyi artıq müəyyən olunub. O baxımdan düşünürəm ki, bundan sonra bu proseslərə mərhələli şəkildə start veriləcək".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.

Bu bayram rayona getmək istəyənlərə pis xəbər – 800 manatlıq xərc gözlənilir

“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.